Türkiyə nəhəngi "Trabzonspor" "Qarabağ"ın hücumçusu Mahir Emrelinin çıxışını yüksək qiymətləndirir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Qara dəniz təmsilçisi onun millidəki performansından məmnun qalıb.

Belə ki, Mahirin AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə (1:1) oyununu tribunadan izləyən "Trabzonspor" rəsmiləri onun alınması yönündə həmfikirdilər. Ancaq "bordo-mavililər" bunu qış fasiləsində deyil, yalnız mövsümün sonunda həyata keçirməyi düşünürlər. çünki Superliqa klubu Emrelinin cari mövsümdəki çıxışını diqqətdə saxlayacaq.

Onun oyunu türklərin ürəyincə olsa, trabzonlular gələn ilin yayında oyunçu ilə danışıqlara başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest