14 Sentyabr 2019, 20:56
MPL
"Sumqayıt"ın məşqçisi Elnur çodarov futbol üzrə Azərbayan Premyer Liqasının 4-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"İlk yarıya pis başladıq. Bunun nəticəsi kimi qapımızda qol gördük. Ancaq tədricən toparlandıq və fasiləyədək hesabı bərabərləşdirdik. İkinci hissədə daha yaxşı oynadıq. "Zirə" kimi komandayla oyunda 2 dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən".