29 Sentyabr 2019, 13:12
DÖYÜŞ NÖVLƏRİ
Bu gün yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan yığma komandası baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında İspaniyanın Marina Dor şəhərinə yollanır. Matc.az xəbər verir ki, oktyabrın 1-3 tarixlərində keçiriləcək Avropa birinciliynə 11 idmaçı ilə qatılacaq millimizin məşqçi heyəti 6 oğlan və 5 qız taekvondoçuya şans verəcək.
Komandanın heyətində oğlanlardan Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Nizami Hacıyev (53 kq), Asim Əlimov (63 kq yuxarı), qızlardan isə Zemfira Həsənzadə (29 kq), Fatimə Hsənova (37 kq), Leyla Bəşirova (-47 kq), Səmməruh Osmanova (51 kq) və Mədinə Kərimova (59 kq yuxarı) yer alıb.
Komandamız oktyabrın 4-də vətənə dönəcək.