"Futbolçuların dəstəyə ehtiyacı var. Onlar buna layiqdirlər".

"Kəpəz" Azərbaycan Premyer Liqasının VI turunda doğma meydanda "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında heç-heçəni şərh edib və jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun oldu. Düşünürəm ki, azarkeşlər oyundan ləzzət ala bildilər. Qələbə qazanmağa çalışırdıq. Amma bizim üçün 1 xal da önəmlidir. Oyuna rəng qatan azarkeşlərə təşəkkür edirəm. Vurduğumuz qol sayılmayandan sonra futbolçularda bir az psixoloji eniş yarandı. Hesabda geriyə düşdükdən sonra geridönüş edə bildik. Son dəqiqədə qələbə qolunu vura bilərdik. Komandadan razıyam. Amma işləmək lazımdır. Milli fasilədə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.

- Sayılmayan qolunuzla bağlı fikriniz necədir?
- Hələ ki baxa bilməmişəm. Yəqin ki, düzgün qərar veriblər. Epizoda baxdıqdan sonra dəqiq fikir bildirə bilərəm.

- Evdə keçirilən 4 oyunda 7 xal qazanmısız. Bu ticə sizi qane edir?
- Hər oyuna qələbə üçün çıxırıq. Həmişəki kimi yenidən qurulan komanda var. Yenidənqurma stabillik üçün çətindir. Çalışırdıq ki, stabillik yaradaq. Düşünürəm ki, 7 xal bizim üçün yaxşıdır.

- Qələbə qazanmaq üçün nə çatmadı?
- Komanda bu gün xarakter göstərdi. Son nöqtəni qoymaqda çətinliyimiz var. "Sabah"la matçdan başqa bütün oyunlarda qol vurmuşuq. Futbolçularda bir az təcrübə çatmır. Daha çox qol vura bilərdik.

- Gözlənilənin əksinə olaraq 7 xal toplamısız. Sanki bəziləri bunu həzm etmir. Məğlubiyyətlərdən sonra sizə qarşı kampaniya aparılır. Hətta "Kəpəz"i yeni yarananan "Gəncəbasar"la da müqayisə edirlər. Bu fikirlərə münasibətiniz necədir?
- "Gəncəbasar"ın yaranmasına ən çox sevinənlərdən birə mənəm. Çünki şəhərimizdə komanda sayı çox olmalıdır. "Kəpəz" burada həmişə "bir nömrə" olub. Sosial şəbəkələrə gəlincə, elə adamlar var, bunu məqsədli şəkildə edirlər. Futbolçuların dəstəyə ehtiyacı var. Onlar buna layiqdirlər.

- Milli fasilədən sonra nələri dəyişməyi planlaşdırırsız?
- Oyundan əvvəl futbolçulara dedim ki, burada olan 15 min azarkeş futboldan həzz almalıdır. Gəncədən olan azarkeşlər Azərbaycan futboluna rəng qatır. İlk matçlarda bəzi futbolçularda həyəcan olurdu. Elə oyunçlar var ki, belə atmosferdə oynamayıblar. Artıq oyundan-oyuna buna öyrəşiriik. Milli fasilədə daha da yaxşı hazırlaşıb burada yaxşı oyunlar keçirmək istəyirik.

- Rəqib baş məşqçi bildirdi ki, tribunada kimsə hakim fitinə bənzər fitdən istifadə edirdi. Bu haqda fikriniz necədir? 
- Fiti mən də eşiridirdim. Ammma bu hər iki komandaya təsir edirdi. Mən də belə şeyin olmasını istəməzdim. 15 min azarkeşin içində balaca fiti tapmaq çətindir. Bizim futbolçulara da təsir edirdi. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest