Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb. Matc.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.

Kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Daha bir təmsilçimiz Aslan Mirzəyev (-100 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

Beləliklə milli komandamızın üzvləri Lüksemburq yarışında 4 medal (1 qızıl, 3 bürünc) qazanıblar. Turnirin ilk günü Aleksandra-Larisa Florian (-57 kq) və Rəşad Yelkiyev (-60 kq) 3-cü yeri tutub.

Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest