İspaniyanın Marina Dor şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində iki gümüş və bir bürünc medal qazanan taekvondo üzrə Azərbaycan milli komandası artıq vətənə dönüb. Matc.az xəbər verir ki, 1-3 oktyabr tarixlərində baş tutan yarışda baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun yetirmələrindən üçü bu turnirdə medal qazanıb.
 
29 kq çəki dərəcəsində dayanaq üzərinə çıxan Zemfira Həsənzadə və Pünhan Mürsəlov (41 kq) gümüş medala, Şamil Mirzəyev (33 kq) isə bürünc medala sahib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest