Gənclər arasında taekvondo üzrə Avropa birinciliyi davam edir. Matc.az xəbər verir ki, İspaniyanın Marina Dor şəhərində keçirilən qitə birinciliyin ikinci günü dayanaq üzərinə çıxan taekvodoçumuz Cavad Ağayev (68 kq) bürünc medala sahib olub.
 
Gənc taekvondoçumuz xorvatiyalı Josip Bilici, almaniyalı Jona Porschu və erməni idmançı İqor Karapetyanı yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Yarımfinalda rusiyalı Erik Ageenka ilə döyüşdə Cavad xal hesabında irəlidə olsa da, üçüncü hissənin son saniyəsində hakim tərəfindən cərimə alaraq qızıl xal uğrunda döyüşməli olub. Qızıl xalı isə rəqib qazanıb. Beləliklə, idmançımız qitənin üçüncüsü olub.
 
Avropa birinciliyinə sabah yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest