06 Noyabr 2018, 23:02
FUTBOL
çempionlar Liqasının qrup mərhələsinin IV turunun "Srvena Zvezda" ilə görüşü "Liverpul" üçün uğursuz başlayıb. Matç.az saytı xəbər verir ki, Yurgen Kloppun yetirmələri artıq ilk 45 dəqiqədə iki cavabsız qol buraxıb.
"Mersisaydlılar"ın çempionlar Liqasında bir matçın fasiləsinə qədər 1-dən çox qol buraxması son 49 ayda ilk dəfə qeydə alınır.
Sonuncu dəfə bunu bacaran "Real" olmuşdu. İspaniya nəhəngi 2014-cü ilin oktyabrında fasiləyədək 3 cavabsız qola sevinmişdi.