07 Noyabr 2018, 00:13
FUTBOL
"Napoli"nin futbolçusu Marek Hamşik klub tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, yarımmüdafiəçi İtaliya təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu ünvanına yiyələnib.
Hazırda PSJ ilə keçirilən qarşılaşma 31 yaşlı slovakiyalının "Napoli"də 512-ci oyunudu. O, 1972-88-ci illərdə neapolluların şərəfini qorumuş Cüzeppe Bruskolottinin 511 matçlıq rekordunu arxada qoyub.
Qeyd edək ki, Hamşik həm də 120 qolla klub tarixinin ən yaxşı bombardiridi.