"Oyunda nələrin alınmadığını saymaq? Axı mənim əllərimdə cəmi 10 barmağım var". Matç.az saytı xəbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp deyib.

çempionlar Liqasında ardıcıl 3-cü səfər məğlubiyyətinə üzülən "mersisaydlılar"ın çalışdırıcısı bu antirekordun qeydə alındığı "Srvena Zvezda" ilə görüşü dəyərləndirib. Alman mütəxəssis 0:2 hesablı yenilgidən üzüldüyünü gizlətməyib: "İlk təhlükəli epizodumuzu Starric yaratdı. 100 faizlik imkan idi. Belə oyunlarda istənilən qol matçda dönüşə səbəb olur. Stadiondakı ab-hava, səs-küy bizim üçün problem deyildi. Amma ikinci qoldan sonra bunun hiss olunması mümkündü. Rəqib öz ehtiraslı, istəkli oyunu ilə qələbəni haqq edirdi. Biz isə bu matçda yaşananların təkrarlanmamasına əmin olmalıyıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest