12 Oktyabr 2019, 10:02
DÖYÜŞ NÖVLƏRİ
Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan millisi aktivinə daha bir qızıl medal yazdırıb.
Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Məmməd Məmmədov M-1 kateqoriyası üzrə 73 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Məmməd Məmmədov Almaniya, İrlandiya və Fransanın iki cüdoçusuna qalib gəldikdən sonra finalda Tacikistan təmsilçisi Mustafa Həsənovu məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.
Qeyd edək ki, dünən keçirilən yarışlarda Fərhad Rəcəbli usta cüdoçular arasında doqquzuncu çempionluğu qazanıb.