Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL-in zədəli futbolçuları sıraya dönüb. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, 3 futbolçu artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir.

ölkə çempionatında "Doxa" ilə son görüşü buraxan qapıçı Vid Beleç, yarımmüdafiəçi Georgios Efrem və həmin matçın 32-ci dəqiqəsində əvəzlənən digər orta sahə oyunçusu Savvas Gentsoğlu hazırda baş məşqçi Tomas Dollun ixtiyarındadı. Beleç və Gentsoğlu ilə bağlı heç bir şübhə qalmayıbsa, Efremlə bağlı qərar keçiriləcək məşqlərə əsasən veriləcək.

Digər zədəli yarımmüdafiəçi Tomas De Vinsentinin isə "Qarabağ"la Bakıdakı qarşılaşmanı buraxması gözlənilir. Argentinalı futbolçu ən yaxşı halda ehtiyatda otura bilər. Həm onun, həm də digərlərinin durumunu nəzərə alan almaniyalı çalışdırıcı yarımmüdafiə xətti ilə bağlı narahatlıq keçirir.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü saat 20:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest