çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunları davam edir. Matc.az xəbər verir ki, bu gün iki yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Həsən Əliyev (77 kq) 1/8 finalda erməni Varujan Qriqoryana gücünü göstərib - 5:0. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova aman verməyib - 7:1. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Lakin Həsən həlledici görüşdə iranlı Peyman Poştama 1:2 hesabı ilə yenilib.
Rafiq Hüseynov (87 kq) isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1 hesabıyla məğlub edib. Pəhləvanımız 1/4 finalda koreyalı Sanqyeok Parkı üstələyib - 5:1. Rafiq yarımfinalda 4 il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə "tuşe" ilə qalib gələn Hüseynov adını finala yazdırıb. Güləşçimiz finalda macar Viktor Lorintslə bacarmayıb (1:4). O da Həsən Əliyev kimi, gümüş medalla kifayətlənib.