25 Oktyabr 2019, 19:09
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan karateçiləri çilinin paytaxtı Santyaqo şəhərində təşkil olunan XI dünya çempionatında mübarizəyə start veriblər. Matc.az xəbər verir ki, yarışın ilk günü mübarizəyə qatılan Roman Heydərov (21 yaşadək, kata) yarımfinalda çıxışını başa vurub. Bürünc medal uğrunda görüşə qatılmaq üçün 0.20 xalı çatmayan Heydərov nəticədə 6-7-ci yerləri bölüşüb.
Turnirin ikinci günü 14-15 yaşlı yeniyetmələrdə Ramil Baxşəliyev (-52 kq), Rumil Cəfərli (-57 kq) və Arina Bezrebra (+54 kq) görüşlərə çıxıb. Təəssüf ki, onlar dünya çempionatını mükafatsız başa vurublar.
Yeniyetmə və gənclərin növbəti dünya çempionatı 27 oktyabrda başa çatacaq. Dünya çempionatında 96 ölkədən 1557 idmançı iştirak edir.