çilinin paytaxtı Santyaqoda təşkil olunan karate üzrə yeniyetmə və gənclərin XI dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, oktyabrın 26-da 21 yaşadək gənclərin yarışında Hümmət Baxşəliyev (-67 kq) və Murad Hacızadə (+84 kq) çıxış ediblər. 
 
Karateçilərimiz təsəlliverici görüşlərə qatılsalar da, nəticə uğursuz olub. Baxşəliyev bürünc medalın bir addımlığında növbəti dəfə məğlub olaraq mükafatçılar arasına düşə bilməyib.
 
Bazar günü daha bir idmançımız yarışa çıxacaq. İkiqat dünya ikincisi Fidan Teymurova (-50 kq) daha bir titul qazanmaq uğrunda mübarizə aparacaq. 
 
Xatırladaq ki, bir gün əvvəl 16-18 yaşlı gənclər milli komandasının üzvləri Hüseyn Məmmədli (-61 kq) gümüş, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest