Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən cüdo üzrə region birinciliklərinə yekun vurulub. Matc.az xəbər verir ki, Respublikamızın bütün bölgələrini əhatə edən yarışlarda 1500-ə yaxın yeniyetmə cüdoçu mübarizə aparıb.

İlk yarış Göy Göl Olimpiya İdman Kompleksində, sonrakı birinciliklər isə Naftalan, Mingəçevir, Şamaxı, Xaçmaz və Lənkəran şəhərlərində baş tutub. Region çempionatlarınln açılış mərasimində çıxış edənlər ölkədə aparılan uğurlu idman siyasətindən danışaraq, bu kimi yarışların keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Natiqlər Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən birinin də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsi olduğunu söyləyiblər.

Bildirilib ki, federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək üçün hər il olduğu kimi, bu il də region yarışları keçirilməsi məqsədə uyğun hesab edilib. Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil edilən yarışlarda əsas məqsəd həm regionlarda cüdonun inkişafı, həm də cüdomuzun gələcəyi üçün yeni parlaq nəsil yetişdirməkdi.

Qeyd edək ki, yarışlar Azərbaycan Cüdo Federasiyası tərəfindən bölgələrə ezam edilmiş federasiya rəsmiləri və idman mütəxəssisləriindən ibarət peşəkar heyətlə keçirilib.

Bölgə birinciliklərində yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim edilib. Bölgələrdə uğur qazanan ən perespektivli yeniyetmə cüdoçular ölkə birinciliyində mübarizə aparacaqlar.

"CüDO TV"nin yarışlardan hazırladığı reportajı sizə təqdim edirik:

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest