İtaliyanın Bari şəhərində para-taekvondo üzrə keçirilən Avropa çempionatında Azərbaycan yığması uğurlu çıxış edib. Matc.az xəbər verir ki, millinin üzvü Aynur Məmmədova +58 kq çəki dərəcəsində qitə çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, onun dördüncü Avropa çempionluğudu.

Qeyd edək ki, Azərbaycan yığması qitə çempionatında 8 idmançı ilə təmsil olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest