Topaz Premyer Liqasının XI turunun "Neftçi" – "Zirə" oyunu arzuolunmaz hadisələrlə zəngin hal alıb. Matç.az saytı xəbər verir ki, ikinci hissənin sonlarında qonaqların qapıçısı Anar Nəzirov belə durumla üzləşib.

çıxışda rəqib hücumçu Mirabdulla Abbasovla toqquşan qolkiper yerdə qalıb və dili qatlanıb. Bunu görən oyunun hakimi İnqilab Məmmədov həkimləri meydana çağırıb. Az sonra təcili tibbi yardımın əməkdaşları və "Neftçi"nin həkimi də Nəzirova köməyə gəlib. Hətta qapısını tərk edərək rəqib cərimə meydanına tərəf qaçan Səlahət Ağayev də həmkarı üçün həkimlərə kömək edib.

Bu üzdən matçın 70-ci dəqiqəsində zədələnən qolkiper yerini Kamal Bayramova verib. Anar isə tribunaların alqışları ilə meydandan çıxarılıb. Qolkiperin zədələnməsində istəmədən səbəbkar olan Mirabdulla Anarın aparıldığı xərəkdən tutmaqla jest nümayiş etdirib. Bir qədər sonra özünə gələn millimizin üzvü qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest