Bu gün sərbəst güləş üzrə yığmamız Dağıstanın paytaxtı Mahaçqalada növbəti təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, noyabrın 23-dək davam edəcək hazırlıq prosesində komandamız baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yerli güləşçilərlə birgə məşq edəcək. 
 
Toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara diqqət yetiriləcək.
 
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız təlim-məşq toplanışını Bakıda davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərlik etdiyi millimizin Olimpiya Güləş Mərkəzindəki hazırlıq prosesi noyabrın 16-dək davam edəcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest