12 Noyabr 2019, 12:22
DÖYÜŞ NÖVLƏRİ
Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib. Matc.az xəbər verir ki, yeni baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.
Gündə 2 dəfə təşkil olunan məşqlərə hər bir çəki dərəcəsindəki liderlər cəlb edilib. Noyabrın 21-də başa çatacaq toplanışda əsas məqsəd milli üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır.
Hazırlığın ardınca Azərbaycan çempionatı başlayacaq və yarışın yekununa əsasən çalışdırıcı milli komandanın heyətini formalaşdıracaq.