Oyunun axarı elə idi ki, dəyişiklik etmək istəyirdim. Amma Rasimi standart vəziyyətlərə görə meydana buraxdım.

"Nə planlaşdırmışdıqsa, heç biri alınmadı. Bunu da rəqibin hər komponentdə bizdən güclü olması ilə əlaqələndirirəm". Matç.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının XI turunda "Qarabağ"ı qəbul edən "qırmızı-qaralar" meydanı məğlub tərk ediblər.

Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Qarabağ", xüsusən də, ikinci hissəni yaxşı keçirdi. Belə olan halda 90 dəqiqə müdafiədə oturduq. Bu da futbolçuların fiziki gücünün tükənməsi ilə nəticələndi. Qısaca, "Qarabağ" bizdən güclüdü".

- Rəqib 48 saat əvvəl Bakıya gəlib və yorğundu. Bunun fonunda ikinci hissədə 3 qol vurmaqlarına izah verməyinizi istərdim...

- "Qarabağ" təcrübəli komandadı, belə qrafikdə oynamağın öhdəsindən gələ bilir. Birinci hissədə əzmkarlıq var idi. Amma bu, 45 dəqiqə bəs etmir.

- Cavid Hüseynov yenə meydanda ayaqlarını sürüyürdü. Onu əvəzləməməyinizin səbəbi nədi?

- Cavid bəzi məqamlarda səhv etsə də, uduzmuşuqsa, deməli, hamı pis oynadı. Oyunumuzdan həddən artıq narazıyam. Rəqibi meydanın özünə aid hissəsində qarşılamaq istədik. Amma alınmadı.

- Cəmi bir əvəzləmə etdiniz. Başqa ehtiyat qüvvəniz yoxdu? Eyni zamanda düşünmürsüz ki, əvəzləməni gec etdiniz? Rauf Əliyevi niyə meydana buraxmadınız?

- Oyunun axarı elə idi ki, dəyişiklik etmək istəyirdim. Amma Rasimi standart vəziyyətlərə görə meydana buraxdım. Rauf inandığımız futbolçudu. Amma bu dəfə fərqli qərar verdim.

- Qış fasiləsini intizarla gözlədiyinizi demək olar? Yoxsa heyətin güclənməsinə inamınız yoxdu?

- Əlbəttə, güclənməyimizi istərdim. Amma əlimizdə olan heyətdən maksimum yararlanmağa çalışacağıq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest