"Bu, daha çox xarakter oyunu oldu. Bizim üçün çox önəmli idi. Məğlub durumda olsaq da, xarakter göstərib qələbə qazandıq. Bu sarıdan qələbəni önəmli sayıram".
Matç.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu İnnosent Emeqara Azərbaycan Premyer Liqasının XI turunda "Qəbələ" üzərində əldə edilən 3:1 hesablı qələbəni şərh edərkən deyib.
Matçın 47-ci dəqiqəsində bərabərlik qoluna imza atan 29 yaşlı legioner hücumçunun sözlərinə görə, Qəbələdə önəmli məqamda fərqlənib: "Mənim ikinci hissənin əvvəlində vurduğum qol komandaya rahatlıq gətirdi. Bu baxımdan önəmli sayıram. Bəxtsizlikdən qol buraxdıq. Bura udmağa gəlmişdik. Cümə axşamı Avroliqada oyunumuz olmuşdu deyə, yorğunçuluq vardı. Amma biz xarakter göstərdik. Buna görə də çox sevincliyik".
Qeyd edək ki, bu, Emeqaranın cari çempionatda 5-ci qolu olub.