16 Noyabr 2019, 17:47
DÖYÜŞ NÖVLƏRİ
Xəbər verdiyimiz kimi, sərbəst güləş yığmamız noyabrın 11-dən Dağıstanda təlim-məşq toplanışı keçir. Matc.az xəbər verir ki, Mahaçqalada keçirilən hazırlıq prosesi noyabrın 23-dək davam edəcək.
Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərlik etdiyi komandamız yerli güləşçilərlə birgə təlim-məşq toplanışında iştirak edir. Azərbaycan Güləş Federasiyasiyasının vitse-prezidenti Firdovsi Umudovun da səfər etdiyi Mahaçqaladakı hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmalardan ibarətdi.