"Hələlik qış fasiləsində komandadan gedəcək futbolçularla bağlı hansısa siyahım yoxdu. Rəhbərliklə bu haqda söhbətim olmayıb. Mən gələnədək komandadan gedənlərə görə təəssüflənmirəm"

"üç xal bizim üçün çox vacib idi. Oyuna ciddi hazırlaşmışdıq". Matç.az saytı xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Topaz Premyer Liqasının XI turunun "Sumqayıt"la səfər oyunundan sonra keçirilən mətbuat konfransına qatılan mütəxəssis 4:1 hesablı qələbə qazandıqları matç barədə fikirlərini açıqlayıb: "Komandanı bacardığımız qədər hazırlaya bildik. çalışdıq ki, komanda kompakt şəkildə çıxış etsin. Bəzi problemlər var. Qələbə münasibətilə komandanı təbrik edirəm. çox sevinirəm ki, 4 qol vurduq. Amil Yumanovla aramızda söhbət olub. İstəkli, aqressiv futbolçudu. Onu başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan. Bu gün mən istədiyimin 50-60 faizini verdi".

Əhmədov qış "transfer pəncərəsi" ilə bağlı planlarının dəqqiləşmədiyini bildirib: "Hələlik qış fasiləsində komandadan gedəcək futbolçularla bağlı hansısa siyahım yoxdu. Rəhbərliklə bu haqda söhbətim olmayıb. Mən gələnədək komandadan gedənlərə görə təəssüflənmirəm. Hansınınsa yerinin göründüyünü düşünmürəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest