20 Noyabr 2019, 22:47
DÖYÜŞ NÖVLƏRİ
Kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandost daha bir ağır itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, 54 yaşlı mütəxəssis ikinci övladını da torpağa tapşırıb.
Bir müddət əvvəl səhhətində ciddi problem yaşayan oğlunu itirən Mehmandostun indi də qızı vəfat edib. çalışdırıcı illərdi nadir xəstəlikdən əziyyət çəkən övladının yasını tutur.
Qeyd edək ki, əvvəllər Tayvan yığmasına rəhbərlik etmiş Reza Mehmandost uzun müddətdi Azərbaycan millisini çalışdırır.
Allah rəhmət eləsin!