21 Noyabr 2019, 19:57
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan Mİlli Karate Federasiyasında (AMKF) hakimlər və məşqçilər üçün növbəti nəzəri seminar keçirilib. Matc.az xəbər verir ki, tədbirdə respublikanın müxtəlif bölgələrindən hakim və məşqçilər iştirak ediblər.
Seminarda çıxış edən AMKF-in prezidenti Yaşar Bəşirov yarışların krçirliməsində və milli komandanın heyətinə üzvlərin seçilməsində hakimlərin işinin əhəmiyyətindən, həmçinin onların daima bilik və səviyyələrini artırılmasında nəzərdə tutulan işlərdən danışıb.
Yeniyetmə və Gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev bu yaş qrupları üzrə seçmə heyət üzvlərini təyin etmək üçün qaydalarda yeniliklər barədə məlumat verib.
Sonra Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi ilə nəzəri seminarda Dünya Karate Federasiyasının (WKF) yarış qaydalarında dəyişiklik və əlavələr milli dərəcəli hakimlər və klub məşqçilərinin diqqətinə çatdırıb.