Kişi boksçular arasında Azərbaycan çempionatında final görüşləri keçirilib. Matc.az xəbər verir ki, 29 komandanın 109 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışa bu gün yekun vurulub. Həlledici yarış günü ciddi insidentlə yadda qalıb. Belə ki, 69 kq çəki dərəcəsində rinqə çıxan Elməddin İsmayılov hakimlərin qərəzi ilə üzləşib.

MOİK-in təmsilçisi finalda komanda yoldaşı Sərxan Əliyevə uduzub. İsmayılov hər 3 raundda üstünlük qazansa da, qələbə rəqibinə verilib.

Halbuki, İsmayılov görüş ərzində qaydaları bir neçə dəfə pozub, hətta rəqibinə başla zərbə də endirib. Elməddinin məşqçiləri hakimlərdən şikayət etsələr də, etiraz qəbul olunmayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest