Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Krasnodar"ın qonağı olacaq "Bazel" səfərə tam heyətlə yollana bilməyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçrəlilər siyasi səbəbdən bir oyunçusunu heyətə daxil etməyib.

Bu, yarımmüdafiəçi Edon Jeqrovadı. Səbəb isə oyunçunun Kosovodan olmasıdı. Rusiya bu ölkənin müstəqilliyini tanımadığından, 20 yaşlı hücumameyilli futbolçu ora buraxılmayıb.

Qeyd edək ki, "Krasnodar" - "Bazel" matçı Bakı vaxtı ilə 19:50-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest