"Bizim həm "Qarabağ", həm də APOEL-dən bir üstünlüyümüz var. O da "Sevilya"ya qarşı hər iki oyunu keçirməyimizdi. İspanlarla artıq oyunumuz qalmayıb. Bu üstünlükdən yararlanmaq lazımdı. Bu günkü matçlar həm "Qarabağ", həm APOEL, həm də bizim üçün son şans ola bilər".
"Futbolda heç də hər şey istədiyin kimi olmur. Bu üzdən son iki turun nə gətirəcəyini təxmin etmək çətindi". Matc.az saytının məlumatına görə, bunu "Düdelanj"ın baş məşqçisi Bertran Krasson deyib.
48 yaşlı mütəxəssis bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində APOEL-lə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. O, məqsədlərinin qrupdan çıxmaq olduğunu bildirib: "Bizim həm "Qarabağ", həm də APOEL-dən bir üstünlüyümüz var. O da "Sevilya"ya qarşı hər iki oyunu keçirməyimizdi. İspanlarla artıq oyunumuz qalmayıb. Bu üstünlükdən yararlanmaq lazımdı. Bu günkü matçlar həm "Qarabağ", həm APOEL, həm də bizim üçün son şans ola bilər. Nəzərə alaq ki, "Qarabağ"a qarşı Bakıda daha çətin oyun keçirəcəyik. Bəli, müdafiədə oturub yalnız heç-heçəni qorumaq daha asan olar. Ancaq biz bununla kifayətlənmək istəmirik".
Qeyd edək ki, "Düdelanj" - APOEL matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq. Eyni vaxtda "Qarabağ" İspaniyada "Sevilya" ilə üz-üzə gələcək.