"Motivasiya olunmaq baxımından çətin oyun idi. Növbəti mərhələni öncədən təmin etdiyin zaman oyuna köklənmək asan olmur". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın müdafiəçisi Daniel Karriço deyib.
31 yaşlı futbolçu yerli mətbuata açıqlamasında Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la keçirilən oyunu dəyərləndirib.
"Sevilya"nı oyuna kapitan kimi meydana çıxaran portuqaliyalı turnirin favoriti olduqlarını düşünür: "Qarabağ" ilk hissədə yaxşı müdafiə olundu və birinci hissədə bizə daha çox çətinlik yaratdı. Ancaq ikinci hissədə topun dövrəsində intensivliyi, sürəti artırdıq. Belədə rəqib yoruldu və nəticədə iki qol vurduq. Müdafiədə elə də çox əziyyət çəkmədik. Heç cür arxayınlaşa bilməzdik. çünki rahatlasaydıq, rəqib bizi əzərdi. Bu turnirin beşqat qalibi olduğumuzu üçün favorit olduğumuzu bilirik".
Qeyd edək ki, "Sevilya" 5 oyundan 15 xal toplayaraq, A qrupundan lider kimi 1/16 finala yüksəlib.