Avropa Liqasında qrup mərhələsinin V turundan sonra statistik göstəricilər açıqlanıb. "Aleksandriya"da çıxış edən Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev də ən yaxşılar sırasında qərarlaşıb.

Avropa Liqasında qrup mərhələsinin V turundan sonra statistik göstəricilər açıqlanıb. Matc.az xəbər verir ki, "Aleksandriya"da çıxış edən Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev də ən yaxşılar sırasında qərarlaşıb.

Cinah oyunçusu bu baxımdan fərqlənənlər arasında olub. Belə ki, o, "Aleksandriya"nın heyətində qrup mərhələsinin geridə qalan 5 oyununda ən çox dəqiq ötürmə verən üçüncü oyunçudu. 31 yaşlı müdafiəçinin 196 ötürməsindən 144-ü ünvana çatıb. Bu da 73%-lik göstərici deməkdi.

Qeyd edək ki, V turda öz meydanında "Volfsburq"a 0:1 hesabı ilə məğlub olan "Aleksandriya" növbəti mərhələ şansını itirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest