Avropa Liqasında qrup mərhələsinin V turunun simvolik komandası açıqlanıb. Matc.az saytının məlumatına görə, bu tur çərçivəsində üz-üzə gələn "Sevilya" ilə "Qarabağ"dan heç kim rəmzi komandaya düşməyib.

Əvəzində A qrupunda yer alan APOEL-i müdafiəçisi Giorqos Merkis siyahıda özünə yer tapıb.

Qapıçı: Yann Sommer ("Borussiya", Mönhenqladbax)

Müdafiəçilər: Caner Erkin, Entso Roko (hər ikisi "Beşiktaş"), Giorqos Merkis (APOEL), Nuno Sequeyra ("Braqa")

Yarımmüdafiəçilər: Viktor Siqankov, Benjamin Verbiç (hər ikisi "Dinamo", Kiyev), Bruno Fernandes ("Sportinq"), Lorentso Pelleqrini ("Roma")

Hücumçular: Alfredo Morelos ("Reyncers"), Vinsen Abubakar ("Portu").

Qeyd edək ki, "Sevilya" - "Qarabağ" matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest