UEFA prezidenti Aleksander çeferin bu yay Avropa Liqasının final matçının Bakıda keçirilməsi qərarını növbəti dəfə müdafiə edib. Matc.az saytı xəbər verir ki, o, "Mirror" nəşrinə açıqlamasında britaniyalıların narazılığının haqsız olduğunu söyləyib.

çeferin "çelsi" ilə "Arsenal" arasındakı həlledici qarşılaşmanın İngiltərədən uzaqda yerləşən Azərbaycanda keçirilməsi ilə bağlı tənqidləri qəbul etməyib.

Sloveniyalı funksioner qərardan peşman olmadıqlarını da vurğulayıb: "Sizə bir şeyi söyləyəcəm. Finalda iki Azərbaycan komandası oynasaydı və bunun Londonda keçiriləcəyini söyləsəydik, heç kim şikayət etməzdi. İngiltərə Premyer Liqa klubunun prezidenti mənə dedi ki, ingilis azarkeşlər ən ucuz bilet və ən bahalı oyunçular istəyir. Heç kim finalın İngiltərədə təşkil olunmasını tələb edə bilməzdi. İki ingilis komandasının həlledici matça vəsiqə qazanacağını kim bilirdi? "Zenit" Avropa Liqasının qalibi olmuşdu. Onlar üçün Bakıya gəlmək Londondan daha yaxındı. Yalnız finaldan bir ay əvvəl iki ingilis komandasının həlledici görüşdə üz-üzə gələcəyini başa düşdük. Yeri dəyişmək mümkün deyil. çünki il yarım öncədən hazırlıqlar başlayır. Həm də Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi. Uzaq olduqları üçün bu finalı izləməyə layiq olmadıqlarını düşünmək ayrıseçkilik olar. Dünyanın mərkəzi İngiltərədi?"

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən final matçında "çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest