Azərbaycan Premyer Liqasında XIV turun təyinatları müəyyənləşib. Çempionatda ilin son oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. II dövrənin son turunun görüşləri dekabrın 6-da və 8-də baş tutacaq.
Azərbaycan Premyer Liqasında XIV turun təyinatları müəyyənləşib. Matc.az saytının məlumatına görə, çempionatda ilin son oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
II dövrənin son turunun görüşləri dekabrın 6-da və 8-də baş tutacaq.
Premyer Liqa
XIV tur
6 dekabr (cümə)
19:00. "Qarabağ" – "Keşlə"
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu
8 dekabr (bazar)
15:00. "Zirə" – "Səbail"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu
15:00. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Kapital Bank Arena"
17:00. "Sabah" – "Neftçi"
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Bank Respublika Arena"