40 yaşlı futbolçu Millətlər Liqasının finalının qarşılaşması öncəsi mətbuat konfransında ispaniyalı hücumçu Lamin Yamal haqqında da fikirlərini bölüşüb.

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Millətlər Liqasının finalının qarşılaşması öncəsi mətbuat konfransında açıqlama verib.

Matc.az xəbər verir ki, 40 yaşlı futbolçu ispaniyalı hücumçu Lamin Yamal haqqında da fikirlərini bölüşüb.

"Biz müxtəlif nəsillərdənik, biri başlayır, digəri bitir. Lamini Vitinya ilə müqayisə etmək lazımdır. Amma bununla bağlı problemim yoxdur, tənqidlərə qulaq asıram.

Əslində bu matç bir komanda ilə digəri arasında rəqabətdir. Başa düşürəm ki, media oyunu qızışdırır, bu normaldır. Mənim ən çox istədiyim odur ki, Portuqaliya yaxşı səviyyə nümayiş etdirsin və yəqin ki, dünyanın ən yaxşı komandasına qalib gəlsin".

Qeyd edək ki, Rortuqaliya və İspaniya arasında baş tutacaq Millətlər Liqasının final matçı sabah saat 23:00-da, Almaniyanın Münhen şəhərindəki "Alians Arena" stadionunda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest