07 İyun 2025, 13:54
FUTBOL
"Fənərbaxça" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi almaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilir ki, İstanbul klubu serb üçün təxminən 30 milyon avro təklif etməyə hazırdır, lakin "qoca sinyora" 40 milyon almaq istəyir. "Sarı-lacivərdlilər" Vlahoviçə ildə təxminən 10 milyon avro ödəməyə nəzərdə tutub.
Qeyd edək ki, Vlahoviç "Yuventus"da təxminən 10,5 milyon avro alır və gələn mövsüm cari müqaviləsinin son ilində onun maaşı 12 milyon avroya yüksəlməlidir. Buna görə də, "Yuventus" klubun maaş büdcəsini azaltmaq üçün serb forvardı 30 milyona buraxmağa razı ola bilər.