Bu həftə Premyer Liqada mövsümün ilk yarısı başa çatacaq. Matc.az-ın "Zirə"nin feysbuk səhifəsinə istinadən məlumatına görə, 2019-cu ilin sonuncu – XIV turunda komanda "Səbail"lə qarşılaşacaq.

"Qartallar"ın ev oyunu oyunda rəqiblər arasında yubiley – 10-cu çempionat qarşılaşması olacaq. İlk dəfə 2017/18 mövsümündə görüşən komandalar indiyədək 9 dəfə üz-üzə gəlib. Bu matçlarda üstünlük "Zirə"nin tərəfindədi. 4 qələbəsi olan komanda 2 heç-heçə edib və 3 dəfə uduzub. Bu məğlubiyyətlərdən biri texniki nəticə olub. 13 qolun vurulduğu matçlarda top fərqi də "Zirə"nin xeyrinədi – 8:5. "Səbail"lə qarşılaşmalarda 7 futbolçu qol sevinci yaşayıb. Xulio Sezar Rodrigez rəqib qapısına 2 dəfə yol tapıb.

5-ci dəfə "Səbail"lə öz meydanında üz-üzə gələcək "Zirə" əvvəlki 4 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib. Ev oyunundan yalnız bir dəfə xalsız ayrılan komanda 4 qol vurduğu matçlarda eyni sayda top buraxıb.

Qeyd edək ki, "Zirə" – "Səbail" matçı dekabrın 8-də baş tutacaq.

 

2017/18 mövsümü

13.08.2017. Zirə - Səbail - 2:1

Milan Duriç, 3; Riçard Qadze, 17 // Vüqar Nadirov, 43

03.12.2017. Səbail - Zirə - 0:1

Adil Nağıyev, 39

14.03.2018. Zirə - Səbail - 1:1

Aleksandr Dedov, 17 // Nikoloz Apakidze, 54

05.05.2018. Səbail - Zirə - 0:1

Müşfiq İlyasov, 16

2018/19 mövsümü

15.09.2018. Səbail - Zirə - +:-

04.11.2018. Zirə - Səbail - 0:0

10.02.2019. Səbail - Zirə - 0:2

Xulio Sezar Rodrigez, 2; Sadio Tounkara, 90+5

30.03.2019. Zirə - Səbail - 1:2

Xulio Sezar Rodriqez, 69 // Ağabala Ramazanov, 41; Şəhriyar Rəhimov, 90+4

2019/20 mövsümü

18.08.2019. Səbail - Zirə - 1:0

Yevgeni Koçuk, 80 (p.)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest