Sabah Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısı başa çatacaq. Matc.az-ın "Qəbələ"nin rəsmi saytına istinadən məlumatına görə, 2019-cu ildəki son  çempionat oyununda bu komada "Sumqayıt"la qarşılaşacaq.

"Qırmızı-qaralar"ın səfər matçı bu rəqiblə 31-ci görüş olacaq. İndiyədək komandalar 30 dəfə münasibətlərini aydınlaşdırıb. Bu oyunlarda "Qəbələ" böyük üstünlüyə malikdi. 18 qələbə qazanan komanda 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 48 top keçirən "qırmızı-qaralar" 23 qol buraxıb. "Sumqayıt"la matçların ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.

"Qəbələ" Sumqayıt"ın eyniadlı təmsilçisi ilə 29 dəfə çempionat, 1 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 18 qələbəsi olan "qırmızı-qaralar" 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komanda 23 qol buraxıb.

"Qırmızı-qaralar" 15-ci dəfə "Sumqayıt"ın qonağı olacaq. Səfərdəki 14 matçda komanda 6 qələbə qazanıb, 5 heç-heçə edib. Yalnız 3 dəfə uduzan "Qəbələ" top fərqində də üstündü. 21 qol vuran qəbələlilər 14 top buraxıblar.

Qeyd edək ki, sabah "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Qəbələ"  matçı saat 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest