Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan APOEL-də gözlənilməz ayrılıq baş verib. Baş məşqçi Tomas Dolla yollar ayrılıb. Bildirilib ki, ötən həftəsonu çempionat çərçivəsində "Olimpiakos"a 0:2 hesablı məğlubiyyət rəhbərliyi radikal addıma vadar edib.

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan APOEL-də gözlənilməz ayrılıq baş verib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, baş məşqçi Tomas Dolla yollar ayrılıb.

Bunu klubun mətbuat xidməti də təsdiqləyib. Bildirilib ki, ötən həftəsonu çempionat çərçivəsində "Olimpiakos"a 0:2 hesablı məğlubiyyət rəhbərliyi radikal addıma vadar edib. Nəticədə Nikosiya təmsilçisini 4 aydı çalışdıran almaniyalı mütəxəssis istefaya göndərilib.

Qeyd edək ki, APOEL Tomas Dollun rəhbərliyi altında Avropa Liqasında sona bir tur qalmış ikinci yerlə 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest