"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XIV turunun rəmzi komandası müəyyənləşib. Siyahıda "Neftçi" futbolçuları çoxluq təşkil edir. Belə ki, "ağ-qaralar"ın 5 oyunçusu simvolik "11-liy"ı düşüb. "Zirə"dən isə 4 futbolçu ən yaxşılar sırasında olub.
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XIV turunun rəmzi komandası müəyyənləşib. Matc.az saytı xəbər verir ki, siyahıda "Neftçi" futbolçuları çoxluq təşkil edir.
Belə ki, "ağ-qaralar"ın 5 oyunçusu simvolik "11-liy"ı düşüb. "Zirə"dən isə 4 futbolçu ən yaxşılar sırasında olub. Digər 2 oyunçu isə "Qarabağ"ın formasını geyinir.
Qapıçı: Səlahət Ağayev – 260 ("Neftçi")-2
Müdafiəçilər: Ailton Silva - 298 ("Qarabağ")-4, Anton Krivotsyuk – 331 ("Neftçi")-3, Adrin Skarlatake - 298 ("Zirə")-3, Tural Axundov - 253 ("Neftçi")
Yarımmüdafiəçilər: Nicat Süleymanov– 315 ("Zirə"), Elvin Camalov - 300 ("Zirə"), Emin Mahmudov - 296 ("Neftçi"), Dani Kintana – 332 ("Qarabağ")-4
Hücumçular: Xulio Sezar Rodrigez - 287 ("Zirə")-4, Stiven Monroz - 277 ("Neftçi")-5
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm "InStat" indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdı.