Yunan-Roma güləşi üzrə yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, millimiz "Stayki" Olimpiya İdman Kompleksində yerli komandayla birgə hazırlıq keçir.
 
Dekabrın 25-dək davam edəcək TMT-də güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.
 
Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov rəhbərlik edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest