çinin Tsindao şəhərində keçirilən cüdo üzrə "Masters" turniri davam edir. Matc.az saytının məlumatına görə, ikinci gündə Azərbaycan yığmasının daha iki cüdoçusu yarışa qoşulub.
Kişilər
73 kq
Millimizin lideri Rüstəm Orucov ilk duelində özbəkistanlı Xikmatillox Turayevi üstələyib. Lakin o, 1/4 finalda Tohar Butbula (İsrail) məğlub olub. Qızıl medaldan əli üzülən Orucov "bürünc" şansını davam etdirib. İdmançımız təsəlliverici görüşdə Artur Marqelidonla (Kanada) qarşılaşıb. Ona qalib gələn Rüstəm bürünc medal uğrunda Akil Cakovaya (Kosovo) da şans verməyib. Nəticədə Rüstəm millimizin aktivinə ilk medalı yazdırıb.
Bu çəkidəki digər cüdoçumuz Hidayət Heydərov 1/16 finaldan mübarizəyə qoşulub. O, ilk görüşündə Daqa Qinqə (çin) qalib gəlsə də, növbəti mərhələdə yaponiyalı Masaşi Ebinumaya yenilərək, medal şansını itirib.
Qeyd edək ki, dünən keçirilən ilk yarış günündə 4 idmançımız medalsız qalıb.