"Bu il mənim üçün çox çətin, həmçinin uğurlu oldu. Avropa Oyunlarında və dünya çempionatlarında gümüş medal qazandım. Sizlərin sayəsində üçüncü dəfə dünya reytinqi sıralamasında lider oldum. Mənə inanan və sevgi bəsləyən hər kəsə təşəkkür edirəm".
"Bu il mənim üçün çox çətin, həmçinin uğurlu oldu". Matc.az xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan millisinin üzvü Rüstəm Orucov deyib.
73 kq çəki dərəcəsində dünya reytinqində birinci pillədə yer alan Orucov şəxsi feysbuk səhifəsi vasitəsilə təəssüratlarını bölüşüb: "Avropa Oyunlarında və dünya çempionatlarında gümüş medal qazandım. Sizlərin sayəsində üçüncü dəfə dünya reytinqi sıralamasında lider oldum. Mənə inanan və sevgi bəsləyən hər kəsə təşəkkür edirəm".
Cüdoçumuz 2020-ci ildə məqsədinin Tokio Yay Olimpiya Oyunları olduğunu əlavə edib.