"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin II turunun "Arsenal"la ev oyununda aldığı 0:3 hesablı məğlubiyyət Azərbaycan klublarının avrokuboklarda 44-cü böyükhesablı yenilgisidi. Matç.az saytı xəbər verir ki, 1994-cü ildə qitə səhnəsinə çıxan komandalarımız Bakı Olimpiya Stadionundakı görüşəcək 43 dəfə darmadağın yaşamışdı.

"Qarabağ" bu göstəricidə antirrkordçudu. Ağdam klubu hamıdan çox böyük hesabla uduzub. "Arsenal"a məğlubiyyət "Qarabağ" üçün 3 və daha çox top fərqli 14-cü nəticədi.

Azərbaycan klubları avrokubok tarixində 11-ci dəfə öz meydanında böyük hesaba üzülüb. "Qarabağ" – "Arsenal" matçınadək 10 belə qarşılaşma olmuşdu. öz meydanındakı belə nəticələrə görə də antirekord "Qarabağ"dadı – 5 dəfə. "Şəmkir" 2, "Şəfa", "Kəpəz", "Xəzər Lənkəran", "Qəbələ" hərəyə 1 dəfə doğma publikanı ağır məğlubiyyətlə üzüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest