Yaponiyanın Saytama şəhərində MMA üzrə "RİZİN 20" yarışlarının döyüşləri baş tutub. Matc.az xəbər verir ki,  dünya və Avropa çempionu olan azərbaycanlı idmançı Tofiq Musayev də bu turnirdə qüvvəsini sınayıb.
 
O, "Saitama Super Arena"da 20-ci Rizin kuboku çərçivəsində öncə ABŞ-ı təmsil edən Conni Keyslə qarşılaşıb. 71 kq çəkidə mübarizə aparan Musayev bu rəqibini ilk raundda texniki nokautla məğlub edərək, finala vəsiqə qazanıb.
 
Musayev final görüşündə də qalib gələcəyi təqdirdə, karyerasını UFC-də davam etdirəcəkdi. Azərbaycanlı idmançı həlledici görüşdə "Pitbull" ləqəbli Patriki Freyreni məğlub edib. Bununla da Musayev "Rizin" turnirinin yüngül çəkidə dünya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest