Sərbəst güləş Azərbaycan yığması Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, dekabrın 26-dan ölkə xaricində hazırlıq prosesinə start verən millimiz Türkiyə, Qazaxıstan, Bolqarıstan, Hindistan, Türkmənistan və Rusiyadan olan güləşçilərlə birgə toplanış keçir. 
 
Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edən toplanış yanvarın 9-da yekunlaşacaq. Ertəsi gün komandamız 2020-ci ildə ilk yarışına çıxacaq. Belə ki, ayın 10-dan 12-dək İstanbulda Yaşar Doğunun xatirə turniri keçiriləcək. Ənənəvi yarışda iştirak edəcək heyət yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest