Avropa Liqasında qrup mərhələsinin II turunun rəmzi komandası açıqlanıb. Matç.az saytı xəbər verir ki, UEFA-nın açıqladığı "11-lik"də Bakıda "Qarabağ"a üç cavabsız qol vuran "Arsenal"da təmsil olunub.

İngiltərə təmsilçisinin müdafiəçisi Sokratis Papastatopulos rəmzi komandada yer alıb. Bakı Olimpiya Stadionundakı matçda hesabı açan müdafiəçi 4-4-2 sxemi üzrə qurulan komandanın arxa xəttində qərarlaşıb.

üç komanda – "Zenit", "Ayntraxt" və "Reyncers" rəmzi yığmada hərəyə 2 futbolçu ilə təmsil olunub.

Turun rəmzi komandası

Qapıçı: Andrey Lunyov ("Zenit");

Müdafiəçilər: Ceyms Tavernier ("Reyncers"), Sokratis Papastatopulos ("Arsenal"), İbrahima Konate ("Leipsiq"), Danni da Kosta ("Ayntraxt");

Yarımmüdafiəçilər: Marin Tomasov ("Astana"), Leandro Paredes ("Zenit"), Kristoffer Zahariassen ("Sarpsborq"), Filip Kostiç ("Ayntraxt");

Hücumçular: Leo Jaba (PAOK), Alfredo Morelos ("Reyncers").

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest