Yanvarın 10-da çilinin paytaxtı Santyaqoda Karate1 Seriya A turniri başlayacaq. Matc.az xəbər verir ki, yarışda Azərbaycan millisi də iştirak edəcək.

Yeni ilin ilk turnirində komandamız bir idmançı ilə mübarizə aparacaq. Qadınlardan ibarət millinin lideri İrina Zaretska (-68 kq) 3 gün davam edəcək turnirdə qüvvəsini sınayacaq. Dünya və Olimpiya reytinqinin birincisini Cənubi Amerikada qadınların baş məşqçisi Denis Morozov müşayiət edəcək.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılacaq. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest