12 Yanvar 2020, 18:16
DÖYÜŞ NÖVLƏRİ
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Tailanda yollanıb. Matc.az xəbər verir ki, Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma təlim-məşq toplanışının növbəti mərhələsini bu ölkədə keçəcək.
Məşqçilər korpusu hazırlıq çərçivəsində Məsud Yusifzadə, Rüfət Hüseynov (hər ikisi 52 kq), ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor (hər ikisi 69 kq), Amin Kuşkov, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Alfonso Dominqes (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) sınaqdan keçirəcək. Toplanışda bir neçə aparıcı boks ölkəsi də iştirak edəcək. Yığmamız hazırlığa gələcək ölkələrlə yoldaşlıq görüşləri də keçirməyi planlaşdırır.
Qeyd edək ki, toplanış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya verəcək turnirlərə hazırlıq xarakteri daşıyır.