AVRO-2020-nin seçmə mərhələsinin 25 iştirakçısının püşkatmada yer alacağı səbət dəqiqləşib. Matç.az saytı xəbər verir ki, dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində baş tutacaq püşkatmada 55 yığma 6 səbətdə yer alacaq.
İlk 5 səbətdə 10, sonuncuda 5 komanda qərarlaşacaq. Bu bölgü Millətlər Liqasının nəticələrinə əsasən müəyyənləşəcək.
Azərbaycan millisinin 5-ci və ya 6-cı səbətdə yer alması isə komandamızın son oyunlarından asılıdı. Yığmamız bu gün Farer adalarına qalib gəlsə, 5-ci səbətdə yerini rəsmiləşdirəcək.
AVRO-2020-nin səbətləri
1-ci səbət:
Belçika, Fransa, İtaliya, Hollandiya, Portuqaliya, İspaniya, İsveçrə
2-ci səbət:
Avstriya, Danimarka, İslandiya, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels
3-cü səbət:
Finlandiya, İrlandiya, Şimali İrlandiya
4-cü səbət:
Kipr, Estoniya, Litva, Sloveniya
5-ci səbət:
Lüksemburq, Moldova, Ermənistan
6-cı səbət:
San-Marino